Azərbaycan ilə Belarus arasında imzalanmış 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin müvafiq qurumlarının ekspertləri arasında işçi görüşü keçirilir.
Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 8-dək davam edəcək görüşdə ekspertlər qarşılıqlı təcrübə mübadiləsi məqsədilə mühəndis-texniki təminat üzrə müzakirələr aparacaqlar.