Ucnoqta.az
www.ucnoqta.az

Nazirliyin 200-ə yaxın əməkdaşı qan verdi

17:42 - 5 Noyabr 2018 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun və Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib. 

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, könüllü qanvermə aksiyasına Nazirliyin 200-ə yaxın əməkdaşı qoşulub. Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qanvermə aksiyası talassemiyadan əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədi daşıyır.

Müəllif: