Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

13:56 - 2 Noyabr 2018 tarixində dərc olunub.

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

Müəllif: