Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Ucnoqta.az-a bildirib ki, hazırda təmsil etdiyi qurum tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib: "Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və buradakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir".