Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>BŞBPİ</b></font>: Şirvan sakininin itkin düşməsi barədə xəbər həqiqəti əks etdirmir

12:36 - 30 Oktyabr 2018 tarixində dərc olunub.

Bakı Şəhər Baş Polis İdarəsi Şirvan sakininin itkin düşməsi xəbərinə münasibət bildirib.

Baş İdarədən verilən məlumata görə, oktyabrın 26-da Şirvan şəhər sakini Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal rayon Polis İdarəsi 28-ci Polis bölməsinə müraciət daxil olub. N.İsmayılın nişanlısı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb.
Daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmüş kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis bölməsinə təhvil verilib.

Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.

Müəllif: