Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Qazax yolunda avtomobil daşıyan TIR aşdı - 8 maşına ziyan dəydi

17:07 - 29 Oktyabr 2018 tarixində dərc olunub.

Avtomobil daşıyan TIR qəza törədib.

Hadisə bu gün səhər saatlarında baş verib. Bakı-Qazax avtomagistralı ilə hərəkət edən yük avtomobili idarəetməni itirərək aşıb. Respublika Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Trend-ə bildirib ki, qəzada bir nəfər xəsarət alıb.
"Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 295-ci kilometrliyində "Mercedes" markalı yük maşını qəza törədib. İdarəteməni itirərək aşan yük avtomobilinin üzərində 8 ədəd nəqliyyat vasitəsi olub. Nəticədə TIR-ın sürücüsü xəsarət alıb, yük maşınının üzərində olan avtomobillərə də ciddi ziyan dəyib".

Müəllif: