Sumqayıtda gənc qadının anası ilə birgə birləşib körpə övladını öldürməsi ilə bağlı yayılan məlumatın təfərrüatları bəlli olub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uşaq iki gün əvvəl ölüb. Ailənin yaxınlarının sözlərinə, körpə iki ay yarımlıq imiş:
"Ananın çəkisi çoxdur. Ona görə də, yatdığı yerdə körpə onun altında qalaraq ölüb. Ana qorxuya düşüb və heç kimə demədən onu qəbiristanlıqda basdırıb. Dünən qəbiristanlığın işçiləri bunu görüblər. Bu zaman polisə məlumat verilib. Ana saxlanılmayıb, çünki öldürülmə faktı yoxdur”.