Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır

10:18 - 29 Oktyabr 2018 tarixində dərc olunub.

Badamdar sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

Müəllif: