Ucnoqta.az
www.ucnoqta.az

Qubadakı dəhşətli qətlə görə 5 nəfər həbs olunub - <font color=red><b>Siyahı</b></font>

17:14 - 27 Oktyabr 2018 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Quba rayonunun Tülər kəndində qohumunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb.

Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında Elşadla qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var.  Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo” dəhşətli cinayət faktına görə həbs olunan şəxslərin siyahısını əldə edib:

1. Şahmar Əsədov (Əri)
2. Təbriz Əsədov (Qayını)
3. Sadıq Dadaşov (Atası)
4. Mətləb Muradov (Kənd sakini)
5. Zabit Yolçuyev (Kənd sakini)

Bundan başqa, hazırda 20-yə yaxın kənd sakini Quba rayon Polis Şöbəsindədir. Kənndə 1 ədəd Post Patrul Xidməti (PPX) avtomobili 4 nəfərlik heyətlə keşik çəkir.

Qeyd edək ki, hadisədə adı hallanan qadın 2 uşaq anası olub.

Araşdırmalar davam etdirilir.

Müəllif: