Ucnoqta.az
www.ucnoqta.az

Ölkəyə külli miqdarda qanunsuz dərman keçirən sabiq gömrük işçisinin məhkəməsi başladı

12:19 - 25 Oktyabr 2018 tarixində dərc olunub.

Ölkəyə külli miqdarda qanunsuz dərman keçirən sabiq gömrük işçisinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı noyabrın 1-nə təyin edilib.

İttihama görə, Mehman Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman dövlət qeydiyyatından keçməyən 5 milyon 539 min manat məbləğində dərman preparatlarını satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana keçirib.

M.Novruzov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.trend

Müəllif: