Ucnoqta.az
www.ucnoqta.az

Ucarda maşın yol kənarındakı dirəyə dəydi- <font color=red><b>2 nəfər ölüb</b></font>

12:47 - 24 Oktyabr 2018 tarixində dərc olunub.

Ucar rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə E.Məmmədovun sərnişini - arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: