Ucnoqta.az
www.ucnoqta.az

Ramil Usubov generalın qardaşını rəis təyin etdi

11:42 - 24 Oktyabr 2018 tarixində dərc olunub.

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.
Xəbəri Nəsimi rayon Polis İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.

Müəllif: