Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Prezidentinin müşaviri Azərbaycana gəlib

11:28 - 24 Oktyabr 2018 tarixində dərc olunub.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.

Səfər zamanı C.Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcəyini bildirib.report

Müəllif: