Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzza ilə buraxılış məntəqələrini açıb

12:30 - 21 Oktyabr 2018 tarixində dərc olunub.
İsrail Qəzza ilə buraxılış məntəqələrinin işini bərpa edib. Ölkənin müdafi nazirliyi "Erez" və "Kərəm-Şalom" NBM-lərini insanların keçidi və yüklərin daşınması üçün sərhəddə yaranan gərginliyin azalması ilə əlaqədar açıb. Qeyd edək ki, dörd gün əvvəl sözü gedən məntəqələr Fələstin tərəfindən açılan atəş səbəbindən bağlanmışdır.trend
Müəllif: