Ucnoqta.az
www.ucnoqta.az

Oqtay Əsədovdan deputatlara xəbərdarlıq: <font color=red><b>“Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”</b></font>

13:56 - 16 Oktyabr 2018 tarixində dərc olunub.

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb. Belə ki, səsvermədə 79 deputat iştirak edib.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.report

Müəllif: