Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə iki avtomobil toqquşub: <font color=red><b>yaralılar var</b></font>

21:00 - 15 Oktyabr 2018 tarixində dərc olunub.

Gəncə şəhərində yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

Belə ki, VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinci avtomobildə olan 4 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Bunlar Samux rayon sakinləri - Əliyev Rafayel Sultanbəy oğlu (1993), Əliyev Hakim Qələndər oğlu (1963), Yəhyayev Elimdar Xətai oğlu (1993) və Əliyev Əsgər Babay oğludur (1963). Yaralıların bəzilərinin vəziyyətlərinin orta-ağır, bəzilərinkinin isə qənaətbəxş olduğu bildirilir. "Mercedes"in sürücüsünə isə ambulator yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: