Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - <font color=red><b>FOTO</b></font>

20:22 - 15 Oktyabr 2018 tarixində dərc olunub.

Bərdə rayonunda su arxından meyit tapılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Meyitin Bərdə rayon sakini, 1994-cü təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: