Ucnoqta.az
www.ucnoqta.az

Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub

16:01 - 13 Oktyabr 2018 tarixində dərc olunub.

Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.

Qeyd edək ki, Anri peşəkar futbolçu karyerasına da “Monako”da başlayıb. O daha sonra İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona” və ABŞ-ın “Nyu-York Red Bullz” komandalarının formasını geyinib. 2015-ci ildə “Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.

Müəllif: