Ucnoqta.az
www.ucnoqta.az

Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb

16:51 - 12 Oktyabr 2018 tarixində dərc olunub.

Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rayis Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən ona və sərnişini Hətəm Cəfərova məxsus müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

Bundan başqa, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən də müvafiq sənədləri olmayan “Gifsan” markalı ov tüfəngi götürülüb.

Müəllif: