Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik cərimələrin 5 dəfə artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib

15:58 - 11 Oktyabr 2018 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların məhv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Bunu ekologiya və təbii sərvətlər naziri müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin 5 dəfə artırılmasıdır: "Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq".
Nazir müavini qeyd edib ki, son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarımadası və magistral yolların qırağında 5.4 milyon ağac əkilib:

"Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək".

Müəllif: