Ucnoqta.az
www.ucnoqta.az

Bakıda şagird məktəbə "bibər" qazı gətirib: <font color=red><b>zəhərlənənlər var</b></font>

12:56 - 10 Oktyabr 2018 tarixində dərc olunub.

Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib. Məktəbdən hadisə ilə bağlı bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.

Müəllif: