Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov Özbəkistana səfərə gedəcək

11:38 - 10 Oktyabr 2018 tarixində dərc olunub.

Özbəkistan paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

Müəllif: