Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan İndoneziyaya humanitar yardım göstərib

13:01 - 8 Oktyabr 2018 tarixində dərc olunub.

Azərbaycan İndoneziyaya 50 min dollar məbləğində humanitar yardım göstərib

XİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 5 avqust 2018-ci il tarixində İndoneziyada baş vermiş 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Qeyd edək ki, avqust ayında İndoneziyada baş vermiş təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkmiş, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılmışdır. Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olmuş, 390 minədək əhali evsiz qalıb.

Müəllif: