Ucnoqta.az
www.ucnoqta.az

Bakıda oğurluq edən iki bacı saxlanılıb

12:49 - 8 Oktyabr 2018 tarixində dərc olunub.

Bakıda iki bacı kişinin cibindən pul oğurlayıb. 

Ucnoqta.az Daxili İşlər Naziriyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan və Könük Süleymanova bacıları saxlanılıblar.

Müəllif: