Qəbələ rayonunda ərəb turistlərin qaldığı ev yanıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhərə yaxın baş verib. Ərəblərin kirayə tutduğu ev qəfildən yanıb. Yanğın zamanı evdə 4 nəfər olub, onlardan üçü qaçaraq çölə çıxıb, yatmış vəziyyətdə olan bir nəfər isə yanaraq ölüb. Onun şəxsiyyəti müəyyənləşməsə də, xarici ölkə vətəndaşı olduğu bildirilir.
Araşdırma davam etdirilir.