Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı

18:33 - 6 Oktyabr 2018 tarixində dərc olunub.

Gəncədə itkin düşən qadın tapılıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, sentyabrin 15-də itkin düşən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 18-də yaşayan, 1966-cı il təvəllüdlü Novruzova Məlahət Novruz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Novruzovanı Bakıda tapıblar.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan Vidadi İsayev şikayət ərizəsi ilə polisə müraciət edərək, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzovanın evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

Müəllif: