Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 10 və 20 oktyabr tarixlərində keçiriləcək. Bu imtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 10 və 20 oktyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegComkeçidinə daxil olmaq lazımdır.