Ucnoqta.az
www.ucnoqta.az

Macarıstan Ukrayna konsulunu ölkədən çıxardı

16:08 - 4 Oktyabr 2018 tarixində dərc olunub.

Macarıstan hökuməti Ukrayna konsulunun ölkədən çıxarılması barədə qərar verib.

Bu qərar Ukraynanın eyni addımına cavab olaraq verilib. Qeyd olunur ki, Ukrayna Macarıstanın Zakarpatye vilayətindəki konsulunu persona non-qrata elan etmişdi.

Ukrayna konsulunun Macarıstandan çıxarılması barədə ölkənin xarici işlər naziri Peter Siyarto məlumat verib.trend

Müəllif: