Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə minik və yük maşınları toqquşub,<font color=red><b> 3 nəfər ölüb</b></font>

22:40 - 3 Oktyabr 2018 tarixində dərc olunub.

Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub. "KamAZ" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

Müəllif: