Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda iki avtomobil toqquşub: <font color=red><b>xəsarət alanlar var</b></font>

21:05 - 3 Oktyabr 2018 tarixində dərc olunub.

Abşeron rayonunda yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması zamanı Sumqayıt şəhər sakinləri - 1962-ci il təvəllüdlü Hidayət Nəbi oğlu Nəsirov, 1977-ci il təvəllüdlü Ramin Adil oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Nurşən Bəşir oğlu Şəfiyev, 1994-cü il təvəllüdlü Qədim Mustafa oğlu Məmmədov və 1964-cü il təvəllüdlü İlqar Nail oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: