Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Nazirlik</b></font>: Qəzada xəsarət alanların sayı 27 nəfərə çatıb, 13 yaşlı məktəbli dünyasını dəyişib

16:18 - 1 Oktyabr 2018 tarixində dərc olunub.

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.

Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.

Müəllif: