Ucnoqta.az
www.ucnoqta.az

Səhiyyə Nazirliyi: <font color=red><b>Qəzada xəsarət alanların sayı 20 nəfərə çatıb</b></font>

15:39 - 1 Oktyabr 2018 tarixində dərc olunub.

Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.
Onun sözlərinə görə, xəsarət alanların 7-si qadın, 10-u kişi, 3-ü uşaq olub.
Xəsarət alan uşaqlardan biri xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Müəllif: