Ucnoqta.az
www.ucnoqta.az

Şahmat millimiz növbəti qələbəsini qazandı

20:43 - 30 Sentyabr 2018 tarixində dərc olunub.

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz altıncı qələbəsini qazanıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, millimiz turnirin VI turunda Çexiya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədovheç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.

Qadınlardan ibarət millimiz isə turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

Müəllif: