Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə traktorla "VAZ-2107" toqquşub: <font color=red><b>1 nəfər ölüb, 2 nəfər xəsarət alıb</b></font>

19:48 - 29 Sentyabr 2018 tarixində dərc olunub.

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliy yat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb. "Belarus" markalı traktorla "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: