Ucnoqta.az
www.ucnoqta.az

"Bağdad gözəli-2015" İraqda qətlə yetirilib

10:03 - 28 Sentyabr 2018 tarixində dərc olunub.

İraq paytaxtında "Bağdad gözəli-2015"in qalibi olmuş Taru Faresi güllələyiblər.

Qətl faktını İraq DİN təsdiqləyib. Məlumata görə, Ərbildə yaşayan 30 yaşlı model öz avtomobilində qətlə yetirilib. Atılan iki güllədən birinin mərhumun başına, digərinin ürəyinə dəydiyi bildirilir.

Qeyd edək ki, o, dəbli brendlərdən birinin siması olduqdan sonra onun haqqında İraq ictimaiyyətində narazılıqlar yaranmışdı.trend

Müəllif: