Ucnoqta.az
www.ucnoqta.az

Nazir Kardiologiya İnstitutunun direktorunu işdən çıxardı

16:18 - 27 Sentyabr 2018 tarixində dərc olunub.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru işdən çıxarılıb

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib. Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Əmrə əsasən, o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxıb.

Daha bir əmrlə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Müəllif: