Ucnoqta.az
www.ucnoqta.az

“Bakı-Tibilisi-Qars dəmiryolu ilə 3 min vaqondan çox yük daşınıb”

15:04 - 27 Sentyabr 2018 tarixində dərc olunub.

İstifadəyə verildiyi gündən indiyəfək Bakı-Tibilisi-Qars dəmiryolu vasitəsilə 3 min vaqondan çox yük daşınıb.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
O qeyd edib ki, bu rəqəm azdır və bizi qane edə bilməz: 

"Bakı-Tiblisi-Qars dəmiryolu işə düşən zaman ermənilər Rusiya mətbuatında Azərbaycan əleyhinə kampaniyalar apararaq, bildirirdilər ki, Bakı- Tiblisi-Qars yükdaşımalarda Rusiyanı keçəcək. Amma bu baş vermədi. Bunun sübutudur ki, bu gün Rusiya Bakı-Tiblisi-Qars vasitəsilə yükdaşımalarında maraqlıdır”.modern.az

Müəllif: