Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda 52 yaşlı qadın bıçaqlanıb

20:37 - 26 Sentyabr 2018 tarixində dərc olunub.

Hadisəni qadının keçmiş həyat yoldaşı törədib

Sabirabad rayonunda 52 yaşlı qadın bıçaqlanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1966-cı il təvəllüdlü Vəfa Ağasalah qızı Bağırova çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, hadisəni V.Bağırovanın keçmiş həyat yoldaşı törədib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: