Ucnoqta.az
www.ucnoqta.az

BNA sosial çarx hazırladı: <font color=red><b>Bakı küçələrində gizli kameralar - Video</b></font>

11:56 - 24 Sentyabr 2018 tarixində dərc olunub.

Bakı Nəqliyyat Agentliyi avtomobillərini qanunsuz park edən sürücülərlə bağlı sosial çarx hazırlayıb.

Ucnoqta.az xəbər verir ki, sosial çarx gizli kameralar vasitəsilə çəkilib. Sosial çarxdan göründüyü kimi bəzi sürücülər pandusun üzərinə çıxmaqla avtomobillərini qanunsuz şəkildə səkidə saxlayırlar.

Agentlikdən bildirilib ki, çarxın hazırlanmasında məqsəd, avtomobilini səkilərdə qeyri-qanuni park edərək piyadaların, xüsusən də fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan sürücüləri ictimai qınağa cəlb etməkdir.

Müəllif: