Ucnoqta.az
www.ucnoqta.az

Bakıda güclü yağış yağdı, yollar keçilməz oldu - <font color=red><b>Video</b></font>

11:11 - 23 Sentyabr 2018 tarixində dərc olunub.

 Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, leysan yağış paytaxtın bəzi küçələrini və yollarını su altında qoyub.

Yolları su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub. Həmçinin küçələr və yeraltı keçidlər piyadalar üçün də keçilməz olub.

Müəllif: