Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Bakıda 11 məktəbə yeni direktor təyin olunub</font></b>

16:01 - 17 Sentyabr 2018 tarixində dərc olunub.

Bakıda 11 məktəbə yeni direktor təyin olunub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub. “Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.

Müəllif: