Şəkidə 53 yaşlı kişinin üstünə beton düşüb.
Bu gün günorta saatlarında Şəki şəhər sakini, 1965-ci il təvəllüdlü Məhərrəm Tacəddin oğlu Yusifov ağır xəsarət ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı onun çanaq sümüyünün sındığı məlum olub.
M.Yusifovun Şəki şəhər ərazisində işlədiyi tikintidə üzərinə beton düşdüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır. report