Ucnoqta.az
www.ucnoqta.az

İcazəsiz ov edən 35 nəfər saxlanılıb

12:48 - 14 Sentyabr 2018 tarixində dərc olunub.

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar  tərtib edilərək ümumilikdə  40441 manat məbləğində cərimə tətbiq olunub.

Müəllif: