Ucnoqta.az
www.ucnoqta.az

Anar Nəcəfli: <font color=red><b>“İndi bəzi hərşeyşünaslar əllərinə telefon alıb ...” </b></font>

10:15 - 14 Sentyabr 2018 tarixində dərc olunub.

 Maraqlı bir tendensiya yaranıb. İndi bəzi hərşeyşünaslar əllərinə telefon alıb gözlərinə əyri nəsə görünən kimi çəkib sosial şəbəkələrə yerləşdirirlər ki, burda bunu düzgün etməyiblər, burda büdcəni talayıblar və s. Ötən gün də belə bir "yol mühəndisi" video yayıb ki, guya yenicə təmir edilmiş Lerik rayonunun Piran-Hamarat yolunda büdcə talanır, yola asfaltı düzgün vurmayıblar, yol dağılır və s..

Ucnoqta.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Lerikdə yeni çəkilmiş yolun dağılması xəbərlərinə cavab olaraq sosial şəbəkədə yazıb. Anar Nəcəflinin sözlərinə görə, həmin yolda təmir-tikinti işləri hələ bitməyib, davam edir, yola müvəqqəti orta xətt çəkilib:

“Kadrlarda göstərilən asfalt örtüyün ilk layıdır. Hazırda yol boyu 2-ci lay asfaltın döşənməsi işləri aparılır və bu işlər yekunlaşmaq üzrədir. Yolun bir neçə ərazisində kənarlarında müəyyən problemlər yaranıb və həmin ərazilər yenidən düzəldilib. Bu da ki, tikinti zamanı normal hal hesab olunur. 2-ci lay - hamarlayıcı layın döşənməsi ilə göstərilən "problem" tam olaraq aradan qaldırılmış olacaq.
Kadrlardan da göründüyü kimi yolun kənarları(çiyin hissələr) tam hazır deyil. 2-ci lay asfalt örtük döşənəndən sonra yolun kənarları bərkidiləcək.

Uzun sözün qısası yol tikintisi elə bir sahədir ki, hər kəsin gözü önündədir və nəyisə düzgün etməmək, gizlətmək qeyri-mümkündür. Özünü hər şeydən başı çıxan kimi göstərmək üçün nəsə çəkib paylaşmadan öncə, həmin paylaşımdan da özünə reytinq çıxarmaq üçün xəbər hazırlamaqdan öncə heç olmasa məsələnin nə yerdə olduğunu zəng edib dəqiqləşdirin. Mənə zəng etmək istəmirsiniz ən azından başı çıxan birindən soruşun”.

Müəllif: