Ucnoqta.az
www.ucnoqta.az

"Sıçovul qızdırması" yenidən yayıldı

16:10 - 14 Sentyabr 2018 tarixində dərc olunub.

Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb.

Bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

Qeyd edək ki, Hindistanda "sıçovul qızdırması" adlandırılan bu xəstəlik ölkənin cənub-qərbindəki Kerala ştatında insanların su ilə yoluxması səbəbindən yayılıb. Bu bölgədə musson yağışlarının yaratdığı daşqınlar xəstəliyin su yolu ilə yayılması hallarını daha da artırıb.

Məlumata görə, 1 avqust-3 sentyabr tarixləri arasında leptospirozdan təxminən 40 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.trend

Müəllif: