Ucnoqta.az
www.ucnoqta.az

Paytaxtda 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib

16:53 - 12 Sentyabr 2018 tarixində dərc olunub.

Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.

Bunu Bakı Şəhəri üzrə Təhsil Idarəsinin müdiri vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə , BŞT-nin bir əməkdaşı, 20 direktor müavini , 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTI əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri , 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

M.Vəliyeva qeyd edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.trend

Müəllif: