Ucnoqta.az
www.ucnoqta.az

ATƏT-in baş katibi: <font color=red><b>"Dağlıq Qarabağ münaqişəsi tərəflərinin siyasi iradəsi olmalıdır ki, ..." </b></font>

16:29 - 12 Sentyabr 2018 tarixində dərc olunub.

"Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik".

Bunu ATƏT-in Baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib. Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər:

"Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".

T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır:

"Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir: “Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur”.trend

Müəllif: