Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan marixuana ixracına hazırlaşır

19:43 - 11 Sentyabr 2018 tarixində dərc olunub.

Ölkədə marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq

 Gürcüstanda marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə istehsalına icazə verilməsi məsələsi nəzərdən keçirilir. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, bununla bağlı qanunvericiliyə düzəlişlər layihəsi hazırlanıb.

DİN qeyd edib ki, istənilən halda ölkə daxilində marixuananın satışı cinayət məsuliyyəti yaradır.

Yerli mətbuatın məlumatına görə, ölkədə marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq və lisenziya müsabiqə yolu ilə veriləcək.  report

Müəllif: