Ucnoqta.az
www.ucnoqta.az

Cavid Qurbanov: <font color=red><b>“İslamı xurafata çevirmək olmaz"</b></font>

17:56 - 10 Sentyabr 2018 tarixində dərc olunub.

 “Bəzi mollaların boş-boş danışdığı sözlərə qulaq asmaq olmaz. Çünki onların səsləndirdiyi fikirlər xuafatdan başqa bir şey deyil”.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov “Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı İslam dininə inanır: “Çünki dövlətimiz tolerantdır. Kimisə nəyəsə məcbur etmirik. Hər kəs ayıq-sayıq və dövlətin yanında olmaldır. Bu gün ölkəni parçalamaq istəyən çoxdur”.

C.Qurbanov qeyd edib ki, dəmiryolçular dini məsələdə ayıq-sayıqdırlar: “İslam bir elmdir və buna elmi yanaşmaq lazımdır, İslamı xurafata çevirmək olmaz”.report

Müəllif: