Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda avtobus yük maşını ilə toqquşdu - <font color=red><b>15 ölü, 25 yaralı</b></font>

11:11 - 8 Sentyabr 2018 tarixində dərc olunub.

Əfqanıstanın Qəndəhar əyalətində avtobus yük maşını ilə toqquşub.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həlak olub. Həlak olanların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

Məlumata görə, daha 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Müəllif: